23.4 C
Bakı
15 İyun 2026 15:33
Siyasət

Lavrov: “İlham Əliyev və Paşinyan BRİKS sammiti çərçivəsində görüşmək istəsələr, biz hazırıq”

“Azərbaycan və Ermənistan liderləri arasında görüş barədə qərar onların öz ixtiyarındadır, Moskva öz öhdəliklərini yerinə yetirməyə hazırdır. Əgər onlardan təklif gələrsə, bir hər zaman bu danışıqları aparmağa hazırıq”.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov BMT Baş Asambleyasının 79-cu sessiyasının yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

 

Lavrov qeyd edib ki, BRİKS sammiti çərçivəsində İlham Əliyev və Nikol Paşinyan arasında görüşün keçirilib-keçirilməməsi barədə qərar özlərinin olacaq: “Necə deyərlər, bu, onların öz ixtiyarındadır. Əgər görüşmək istəsələr, biz hər zaman iştirakımızla razılaşdığımız şeyi həyata keçirməyə hazırıq”.

 

Qeyd edək ki, BRICS sammiti oktyabrın 22-24-də Kazanda keçiriləcək.

Tacxeber.com

Oxşar xəbərlər

Sinan Oğan kimdir? – Bakıda müəllim idi, Türkiyədə 3-cü siyasi lider oldu

redaktor

Həbs olunmuş Abzas Mediaçı jurnalistlərin məhkəmədə son sözlərindən seçmələr

admin

Tramp İrana 48 saat vaxt verdi

redaktor