DünyaSiyasət

Rusiyada ikili vətəndaşlıq qadağan edilə bilər

Rusiyada ruslar üçün ikili vətəndaşlıq qadağan edilə bilər.

Rusiya KİV-ləri xəbər verir ki, bununla bağlı “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” Federal Qanunun 10-cu maddəsinə dəyişiklik edilməsi təklif edilir.

Qanun layihəsinin müəllifləri Vətəndaşlıq haqqında 1997-ci il Avropa Konvensiyasına istinad edərək, dövlətə başqa dövlətin vətəndaşlığına malik olan şəxslərdən Rusiya vətəndaşlığını ləğv etmək hüququnun verilməsini təklif edirlər.

Layihə müəlliflərinin fikrincə, bu tədbir ikinci vətəndaşlığı olan ruslar tərəfindən sui-istifadə hallarının qarşısını almağa kömək edəcək.

Dövlət Dumasında tezliklə məsələyə baxılacağı bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Müştərisi ona çayevoy kimi verdiyi lotereya bileti 10 milyon dollarlıq cekpotu uddu.

admin

Bayrağımız Xocavənddə dalğalandı – VİDEO

redaktor

Daha bir böyük COVID pandemiyasının vaxtı açıqlanıb

redaktor