11 C
Bakı
30 Mart 2026 03:53
CəmiyyətGündəmSiyasət

Pezeşkian Nyu-Yorkdan 1100 tarixi lövhəni ölkəsinə qaytarıb.

Lövhələr bizim eradan əvvəl V əsrdə Əhəmənilər imperiyasının hökmdarı I Daraya məxsus olub.

 

Tacxeber.com Report-a istinadən xəbər verir ki, lövhələrin qaytarılması İranın Xarici İşlər və Mədəni İrs nazirlikləri ilə ABŞ-nin Çikaqo Universiteti və ABŞ Prezidentinin hüquq şöbəsi arasında intensiv danışıqlardan sonra baş verib.

 

Bu lövhələr çox vaxt mixi yazı ilə elam və ya aramey dillərində yazılıb. Müxtəlif forma və ölçülərdədir. Mövzuları əsasən resursların idarə edilməsi, yollar, sosial münasibətlər, əsas həyat ehtiyacları, əməkhaqqı və Əhəməni cəmiyyətinin iqtisadiyyatı ilə bağlıdır.

 

Məsud Pezeşkian BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak etmək üçün ABŞ-nin Nyu-York şəhərində səfərdə olub. O, səfərdən dönərkən həmin tarixi abidələri ölkəsinə gətirib.

Tacxeber.com

Oxşar xəbərlər

Əliyevlə Paşinyan niyə məhz Ərəb Əmirliklərində görüşürlər?

admin

Ukraynada daha iki böyük vəzifəli vətən xaini öldürüldü – Ər-arvad

redaktor

Yenidən qurulan səhiyyə ocağının qapıları bağlı qalıb – VİDEO

redaktor