21 C
Bakı
22 İyun 2025 09:08
DünyaİqtisadiyyatSiyasət

ABŞ Rusiyanı artıq kriptovalyutadan vurur

ABŞ Rusiyanın bir vətəndaşına və Cryptex ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib. Bu haqda məlumatlar ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin saytında yerləşdirilib.

 

Tacxeber.comxəbər verir ki, rusiyalı Sergey İvanova kiberməkanda çirkli pulların yuyulması sxemində iştirak edir. Bundan əlavə, Sent Vinsent və Qrenadalarda qeydiyyatdan keçmiş və Rusiyada fəaliyyət göstərən kriptovalyuta birjası Cryptex sanksiya siyahısına salınıb.

 

ABŞ Dövlət Departamenti həmçinin İvanovun, eləcə də barəsində sanksiyalar tətbiq olunmayan Timur Şahmametovun həbsinə və ittiham olunmasına səbəb olacaq məlumatlara görə 10 milyon dollar mükafat elan edib. Onların “beynəlxalq mütəşəkkil cinayətkarlıqda iştirak etməyə cəhd etdikləri” bildirilir. Məlumata görə, Şahmametov “oğurlanmış kredit kartı məlumatlarının və şəxsi məlumatların” satışı üçün platformanın yaradıcısıdır.

 

Qeyd edək ki, Rusiya sanksiyalı malların idxalı zamanı ABŞ-ın ikincili sanksiyaları ilə üzləşməmək üçün kriptovalyutalardan istifadə etməyə başlayır. Artıq ölkədə müvafiq hüquqi baza da formalaşdırılır. Belə görünür ki, ABŞ bu cəhdin qarşısını almaq üçün indidən hərəkətə keçib. (musavat)

Tacxeber.com

Oxşar xəbərlər

Tramp İlon Maskı bağışlamağa hazır olduğunu bildirdi

redaktor

İş adamı ilə Ədliyyə Nazirliyi arasında nə baş verir? – 3 milyonluq kredit mübahisəsi…

redaktor

Britaniyada Rusiya haqqında dəhşətli PROQNOZ

admin