20 C
Bakı
24 İyun 2025 04:26
Maraqlı

56 ildir edamını gözləyən məhbus bəraət aldı

Yaponiyada dünyanın ən uzun müddətdir cəza çəkən və edamını gözləyən məhbusu olan 88 yaşlı İvao Hakamada ona qarşı sübutların uydurma olduğu müəyyən edildikdən sonra bəraət alıb.

 

Tacxeber.com xəbər verir ki, 56 ildir edam olunacağını gözləyən İvao Hakamada 1968-ci ildə müdirini, arvadını və 2 uşağını öldürməkdə təqsirli bilinib.

 

Polisin saxta sübutlar təqdim etdiyinə dair şübhələrə görə Hakamadanın yenidən mühakimə olunmasına qərar verilib.

 

Bu qədər uzun müddət ölüm hökmünün icrasını gözləmək Hakamadanın psixi sağlamlığına ağır zərbə vurduğundan, o, sonda bəraət qazandığı məhkəmə prosesində iştirak edə bilməyib.

 

Hakamadanın işi ölkənin ən uzunmüddətli, bədnam işlərindən biridir və ictimai maraq böyükdür. Şizuoka şəhərində məhkəmə prosesini izləmək üçün 500-dən çox insan növbəyə düzülüb.

Tacxeber.com

Oxşar xəbərlər

100 yaşına çatan məşhurlar: Heç biri bahalı müalicə almayıb!

redaktor

“WhatsApp”da şəkillərin yoxlanması ilə bağlı YENİLİK

redaktor

Smartfondan həddən artıq istifadə gözaltı qaralmalara və sızanaqlara səbəb olur

redaktor