3 C
Bakı
11 Fevral 2026 16:21
CəmiyyətGündəm

Bakıda onu kim görürsə, səcdə edir – VİDEO

Bakıda hinduizm inancına xas geyimli bir şəxsə insanların səcdə etməsi gündəm olub. İnsanların bir şəxsin qarşısında əyilərək onu salamlaması videosu ictimaiyyətdə birmənalı qarşılanmayıb.

 

Həmin şəxs “Bhakti Marga” adlı neohindi təşkilatının qurucusu Paramahamsa Sri Svami Vişvanandadır.

 

P.Vişvananda əslən mavrikiyalıdır, hinduizmin Hindistandan kənarda ən məşhur təbliğatçılarından sayılır. Asiya ilə yanaşı Avropada da geniş kütləyə sahib olan Vişvananda həm də qalmaqallı din xadimi kimi tanınır.

 

KİV yazır ki, 20 ildən artıqdır dünyanın müxtəlif ölkələrində təriqətinin təbliğatını aparan din xadimi oğurluq və cinsi istismarda da ittiham olunub. 2001-ci ildə İsveçrə mətbuatı onun təlimatı ilə təriqətinin iki üzvünün “25 kilsə və monastırdan xristianlıqda müqəddəs hesab olunan şəxslərin qalıqlarını oğurladıqlarını” yazıb. Daha sonra həmin şəxslər əməllərini etiraf edərək cəzaya məhkum olunublar.

 

2022-ci ildə isə Almaniyanın dövlət televiziyası ARD-nin regional yayımı olan “Hessischer Rundfunk” Vişvananda haqqında sənədli film hazırlayıb. Burada onun çirkli əməllərinin olduğu iddia edilib və cinsi istismarda günahlandırılıb. Materialı hazırlayan jurnalist ististamara məruz qaldığını deyən şəxslə görüşüb və o, Vişvanandanın əməlini şəxsən ifşa edəcəyini bildirib, hətta başına gələnlər səbəbi ilə intihara cəhd etdiyini deyib. Lakin bir müddət sonra həmin şəxs jurnalistin iddialarını rədd edib və yalan adlandırıb. Almaniya məhkəməsi sübut çatışmazlığı səbəbi ilə Paramahamsa Sri Svami Vişvananda haqqında ittihamları ləğv edib.

 

Qeyd edək ki, onun dünyada minlərlə müridinin olduğu bildirilir. 2023-cü ildə Paramahamsa Vişvananda CNN tərəfindən dünyanın məşhur ruhani ustadlarından biri elan edilib.

 

Oxşar xəbərlər

Hikmət Hacıyev erməni SQ-nin itdən terror vasitəsi kimi istifadə etməsinə münasibət bildirib

redaktor

Seymur Talıbov və Röya Ayxan BDU-nun beynəlxalq hüquq ixtisasına necə qəbul olub? – AÇIQLAMA – VİDEO

redaktor

Sərsəng su anbarı Ordumuzun nəzarətinə keçib? – VİDEO

redaktor