16 C
Bakı
27 Sentyabr 2025 22:25
Cəmiyyət

Bakıda müharibə iştirakçılarına qarşı 60 minlik dələduzluq: Tutulan var – VİDEO

Bakının Nəsimi rayonunda müharibə iştirakçılarına qarşı dələduzluq edilib.

Tacxeber.com DİN-ə istinadən xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı ayrı-ayrı vətəndaşların vəsaitlərini dələduzluq yolu ilə ələ keçirən Əhməd Abdulkərimov saxlanılıb.

Araşdırmalarla onun özünü dövlət qurumlarından birinin keçmiş əməkdaşı və hüquq müdafiəçisi kimi təqdim edərək əsasən müharibə iştirakçılarını güzəştli mənzil, avtomobil, sığorta pulu, əlilliklə bağlı verilən məvacibi müddətsiz edəcəyi adı altında aldadaraq zərərçəkənlərin ümumilikdə 60 min manata yaxın pulunu ələ keçirdiyi müəyyən olunub.

Faktla bağlı Nəsimi RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinauət işi başlanılıb.

Ə.Abdulkərimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. İş üzrə istintaq hərəkətləri davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.


Tacxeber.com

Oxşar xəbərlər

Həbsdə olan siyasi məhbus – müstəqil jurnalistdən ictimaiyytə məktub.

admin

“Moskvanın düşməni olmaq təhlükəli, Moskvanın dostu olmaq ölümcül təhlükəlidir”

redaktor

Yasamalda bədbəxt hadisə: Avtomobil bina tikmək üçün qazılmış bünövrəyə aşdı – VİDEO

redaktor