12 C
Bakı
25 Mart 2026 14:57
CəmiyyətGündəm

Azərbaycanda “uşaqpulu”nun verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

 

Dövlətin digər dəstək mexanizmləri işlək vəziyyətdədir. Vətəndaşların ünvanlı sosial yardıma çıxışı mütəmadi olaraq təmin edilir.

 

Tacxeber.com Musavat.com-a istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiə nazirinin müavini Hidayət Abdullayev “uşaqpulu”nun verilməsi ilə bağlı suala cavab verərkən deyib.

 

O bildirib ki, bir yaşına qədər uşağı olan ailələr digər müavinətlərlə təmin olunur:

 

“Eyni zamanda, müddətli həqiqi hərbi xidmətdə olan hərbçilərin uşaqları da dövlət nəzarətindədir. Bu sahədə müvafiq dəstək mexanizmləri işlənilir. “Uşaqpulu” isə sovet dövründə bir stimul idi ki, bunu ailələrdə uşaqların sayının çox olması üçün edirdilər. Azərbaycanda hazırda belə problem yoxdur. Demoqrafiya baxımdan bu, əlverişli üsul deyil. Dediyim kimi, dövlətin digər işlək mexanizmləri hazırda mövcuddur.

 

Vətəndaşların dəstək mexanizmlərinə çıxışının asanlaşdırılması istiqamətində müvafiq işlər aparılır”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan millisi İsveçə böyük hesabla qalib gəldi

admin

Hüseynbala Mirələmovun oğlu məhkəməyə verildi – SƏBƏB

redaktor

Bəzi internet TV kanallarında özlərini qazi kimi təqdim edən şəxslərin intihara cəhd görüntülərini əks etdirən iddialar yayılıb

redaktor