19 C
Bakı
20 Oktyabr 2026 00:20
CəmiyyətHadisəKriminal

Azərbaycanda axtarışda olan cinayətkarın meşədə asılmış meyiti tapıldı.

Samuxda intihar baş verib.

 

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qədili kəndində qeydə alınıb.

 

Samux şəhər sakini, 47 yaşlı Vüsal Qəzənfər oğlu Əliyev rayonun Qədili kəndi ərazisindəki meşədə özünü asıb. Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.

 

İntihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub. O, bu ilin avqust ayında Gəncədə tanışı, 34 yaşlı Məmmədova Sevər Novruz qızına dəhrə ilə ağır xəsarət yetirib.

 

V.Əliyev hadisədən sonra qaçaraq gizlənib. O, törətdiyi cinayətə görə axtarışda imiş. V.Əliyevin qorxaraq məsuyliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal edilir.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

TƏBİB ləğv edilirsə, 8 ilin hesabatı haradadır?

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor