28 C
Bakı
11 Avqust 2025 21:39
CəmiyyətHadisəKriminal

Azərbaycanda axtarışda olan cinayətkarın meşədə asılmış meyiti tapıldı.

Samuxda intihar baş verib.

 

Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qədili kəndində qeydə alınıb.

 

Samux şəhər sakini, 47 yaşlı Vüsal Qəzənfər oğlu Əliyev rayonun Qədili kəndi ərazisindəki meşədə özünü asıb. Onun asılmış meyitini kənd sakinləri aşkar ediblər.

 

İntihar edən V.Əliyev cinayət törətdiyi üçün axtarışda olub. O, bu ilin avqust ayında Gəncədə tanışı, 34 yaşlı Məmmədova Sevər Novruz qızına dəhrə ilə ağır xəsarət yetirib.

 

V.Əliyev hadisədən sonra qaçaraq gizlənib. O, törətdiyi cinayətə görə axtarışda imiş. V.Əliyevin qorxaraq məsuyliyyətdən yayınmaq üçün intihar etdiyi ehtimal edilir.

 

Faktla bağlı Samux rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Tacxeber.com

Oxşar xəbərlər

Ağadadaş Ağayevin işində ŞOK YENİLİK – mühafizəçinin burnunu sındırıb, ona “ermənisən!” deyib və… – VİDEO

redaktor

28 Aprel şər dövləti tərəfindən işğal günüdür.

admin

Müstəqil internet televiziyası “Meydan Tv”nin əməkdaşları saxlanılıb.

admin