10 C
Bakı
23 Mart 2026 10:29
Cəmiyyət

Xırdalanda qorxunc mənzərə: Sahibsiz itlərin sakinlərə hücumu – Video

 

Xırdalanda “AAAF Park”da yaşayan bir qrup sakin sürü halda gəzən sahibsiz itlərin əlindən təngə gəldiklərini bildiriblər.

 

Onların sözlərinə görə, son zamanlarda Abşeron rayonu ərazisində sahibsiz itlərin insanlara hücum halları artıb. Ətraf yaşayış massivlərindən rayon ərazisinə axın edən sahibsiz itlər hər kəsə hücum edir.

 

Mövcud vəziyyətlə bağlı əraziyə cavabdeh olan “AAAF Park” yaşayış kompleksinin məsul şəxsləri sualları cavabsız qoyub. Abşeron rayon İcra Hakimiyyətindən isə “Xəzər Xəbər”ə bildirilib ki, yaxın zamanlarda problem köklü şəkildə həll ediləcək:

 

“Sahibsiz heyvanlar üçün ayrılmış ərazidə xüsusi sığınacaq tikiləcək və onların hər biri oraya yerləşdiriləcəklər”.

Ətraflı süjetdə:

Tacxeber.com

Oxşar xəbərlər

Bakı Zooloji Parkı mediadan NİYƏ QAÇIR?

admin

Nigar Camaldan Fərqanə Qasımovaya sərt cavab: “Hicab taxıb, bədənşəkilləndirmə etdirmək də günahdır”

redaktor

İlham Əliyevin və onun ailə üzvlərinin Rusiya medallardan imtina etməsi bir mesaj olardı

admin