GündəmSiyasət

Milli Məclisdə yatan deputat: “Fikirləşirdim”

 

Təzəlikcə ürəyimdən əməliyyat olunmuşa, başım aşağı olan vaxt şəklimi çəkib, yuxuladığım barədə xəbərlər tirajlayırlar. Elə bir şey yoxdur, sadəcə aşağı baxıb, fikirləşirdim.

 

Tacxeber.com teleqraf.com-a istinadla xəbər verir ki, bunu 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputat seçilən Səttar Möhbalıyev deyib.

 

O, Milli Məclis deputatlarının ilk iclasda yuxulaması barədə yayılan görüntülərə münasibət bildirib.

 

Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrliyindən də səhhətindəki problemlərlə əlaqədar ayrılıb:

 

“Kim nə yazır-yazsın, yalandır. Sadəcə başımı aşağı salıb baxmışam, götürüb çəkiblər. Ürəyimdəki narahatlığa görə Almaniyaya 20 günlük müalicəyə getməyə hazırlaşıram”.

Tacxeber.com

Oxşar xəbərlər

“Qoy məni utandırmağa davam etsinlər” – Çingiz Abdullayev

redaktor

Şəriətin sonu

redaktor

İranda Prezident Rəisinin İslam inqilabına həsr olunmuş çıxışı hakerlər tərəfindən kəsilib – VİDEO

redaktor