25 C
Bakı
10 Avqust 2025 22:36
GündəmSiyasət

Fazil Mustafa Məclisdə mürgüləməsi barədə: “Gün ərzində cəmi 2 saat yatmışam”

Fazil Mustafa Məclisdə mürgüləməsi barədə: “Gün ərzində cəmi 2 saat yatmışam”

 

Prezident İlham Əliyevin VII çağırış parlamentin açılış nitqi zamanı bir neçə deputatın mürgüləməsi ilə bağlı yayılan görüntülər sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib.

 

Tacxeber.com pravda.az-a istinadla xəbər verir ki, Milli Məclisin İctimai birliklər və dini qurumlarla iş komitəsinin sədri Fazil Mustafa həmin deputatların sırasında görüntülənməsinə belə münasibət bildirib:

 

“Bu, təbii haldır. İnsanlar gözünü yumub, aça da bilər. Bu, yorğunluq əlaməti də ola bilər. Konkret olaraq həmin gün ərzində cəmi 2 saat yatmışam. Bütün günün axşamı vacib yazı hazırlamalı idim. Bununla məşğul olmuşam. Görünür, müəyyən yorğunluq əlamətləridir.

 

Amma yayılan kadr həm də Azərbaycan jurnalistikasında savadsızlığın nə qədər tüğyan etdiyini göstərir. Yəni Azərbaycan dilini doğru ifadə edə bilməmənin bir görüntüsüdür. Bunu yayan, mətni hazırlayan jurnalistlər savadsız və peşəkarlıqdan uzaq insanlardır. Niyə bunu deyirəm? Çünki yuxulamaqla mürgüləmək Azərbaycan dilində tamamilə fərqli şeylərdir. Kimsə görüntüləri “yuxulamaq” kimi qiymətləndirirsə, bu, artıq tipik dili bilməmək, dildə olan sözlərin məna fərqini ayıra bilməməkdir. Diqqəti buna çəkmək, məncə, daha çox vacibdir. Təbii ki, bizim hazırlıqlı, kifayət qədər peşəkar jurnalistlərimiz də var. Onlar bu savadsız jurnalistləri, ən azından, qınayacaqlar ki, savadlı, konkret xəbərin, hadisənin mətnini doğru tərtib etməyi öyrənsinlər”.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan məhkəməsində ŞOK hadisə. Məhkəmə sədri özü barəsində qərar QƏBUL etdi.

admin

Demokratiyaya 250 milyon ayıran antidemokrat– ABŞ-nin burnu bu dəfə də Ermənistanda

redaktor

Azərbaycanla sərhəddə casusluq – ANBAAN GÖRÜNTÜLƏR

redaktor