20 C
Bakı
24 İyun 2025 04:22
Dünya

Pezeşkian: “Hizbullah” təkbaşına İsrailə qarşı duruş gətirə bilməz

“Hizbullah” ən müasir silahlarla təchiz olunmuş İsrailə qarşı təkbaşına duruş gətirə bilməz.

 

Tacxeber.com xəbər verir ki, bunu İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində CNN-ə müsahibəsində deyib.

 

O əlavə edib ki, İran Livanın İsrailin əlində başqa bir Qəzzaya çevrilməsinə icazə verməyəcək:

 

“Hizbullah” bunu təkbaşına edə bilməz. “Hizbullah” Qərb ölkələri, Avropa ölkələri və ABŞ-nin ən müasir silahlarla dəstəklədiyi bir rejimə qarşı təkbaşına dayana bilməz”.

 

Pezeşkian onu da bildirib ki, İsrailin hücumları dayandırılmadığı təqdirdə bölgə daha genişmiqyaslı müharibəyə sürüklənmək riski ilə üzləşəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Tbilisidə hökumət əleyhinə mitinq keçirilir

admin

NASA potensial təhlükəli asteroidin Yerə yaxınlaşdığını elan edib

redaktor

Ukraynanın ələ keçirdiyi bu şəhərdə rus qadınlar dükan və aptekləri qarət edir…-VİDEO

admin