Cəmiyyət

AYNA bu problemi niyə həll edə bilmir?

 

İki aya yaxındır “BakıKart” tətbiqi işləmir. Bir il öncə fəaliyyətə başlayan tətbiqə iki aydır daxil olmaq mümkün deyil. İlk vaxtlarda nasazlığın 2-3 gün ərzində aradan qaldırılacağı deyilsə də, problem hələ də qalmaqdadır.

 

Avqust ayının 14-də “BakıKart”ın rəhbəri də dəyişdi. Yəni paytaxtın ictimai nəqliyyatında istifadə olunan “BakıKart”ın operatoru – “K Group” MMC-nin direktoru Orxan Bayramov işdən çıxdı. Lakin rəhbər dəyişikliyi də tətbiqdəki problemi həll etməyib.

 

“Yeni Sabah” xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, “BakıKart” tətbiqində yaranan texniki nasazlığın aradan qaldırılması istiqamətində işlər davam etdirilir:

 

“Sərnişinlərdən ictimai nəqliyyatda ödəniş üçün müvəqqəti olaraq “BakıKart” kartlarından və mövcud digər alternativlərdən istifadə etməyi xahiş edirik”.

Tacxeber.com

Oxşar xəbərlər

Abşeron-Xızı RTİ-də dəhşətli korrupsiya– Kim cavab verəcək?

redaktor

Gəncədə DƏHŞƏT: Gənc qız narkozdan şoka düşərək dünyasını dəyişdi

redaktor

Vasif Talıbovun otellərinin yeni sahibi bilindi – FOTOFAKT

admin