16 C
Bakı
27 Sentyabr 2025 05:28
Sağlamlıq

Prostat xərçənginin müalicəsi üçün dərman istehsal etmək planlaşdırılır

Qazaxıstan prostat vəzi xərçəngi və neyroendokrin xəstəliklərin müalicəsi üçün radiofarmasevtiklər istehsal etməyi planlaşdırır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Atom Enerji üzrə Beynəlxalq Agentliyinin (AEBA) Baş Konfransının 68-ci sessiyası çərçivəsində məlumat verilib.

 

Tədbirdə qazaxıstanlı mütəxəssislər nüvə təbabəti sahəsində gördükləri işlərin nəticələrini təqdim ediblər. Öz növbəsində AEBA ekspertləri ikitərəfli əməkdaşlıq proqramlarının yüksək səviyyədə həyata keçirildiyini qeyd ediblər.

 

Bildirilib ki, yaxın üç ildə ölkədə pozitron emissiyalı tomoqrafiya aparatları ilə təchiz edilmiş yeddi mərkəzin və bir foton emissiyalı kompüter tomoqrafiyası aparatları ilə təchiz edilmiş dörd mərkəzin, habelə dövlət-özəl tərəfdaşlığından istifadə etməklə beş yeni nüvə tibb mərkəzinin açılması planlaşdırılır.

 

Radiokimya və İzotop İstehsalı Mərkəzinin rəhbəri Yelena Çakrova bildirib ki, AEBA ilə texniki əməkdaşlıq çərçivəsində Qazaxıstanda 7 radiofarmasevtik preparat istehsal olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Bu turşunu hər gün yeyin: həm çəki atacaqsınız, həm də…

redaktor

Bəşəriyyət sürətlə əqli geriləmə yaşayır

admin

Bədəndəki stressi sıfıra endirən bir neçə – GÜCLÜ QİDA

redaktor