Dünya

İsrail “Hizbullah”ın hədəflərini bombalayır – SON DƏQİQƏ

 

İsrail ordusu Livanda “Hizbullah”ın hədəflərinə yeni hücum dalğasına başlayıb.

 

Tacxeber.com-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

“İlkin məlumat: İsrailin Müdafiə Ordusu hazırda Livanda “Hizbullah” terror təşkilatına aid hədəflərə zərbələr endirir”, – xəbərdə deyilir.

 

Daha əvvəl bildirilmişdi ki, İsrail ordusunun hava hücumlarının ilk dalğası zamanı “Hizbullah”ın hədəfləri, o cümlədən İsrail ərazisini atəşə tutmağa hazır olan çoxlu sayda atəş qurğuları vurulub.

 

Xatırladaq ki, 2023-cü il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı yaraqlılarının Qəzza zolağından İsrail ərazisinə soxulmasından, 200-dən çox mülki insanı girov götürməsindən sonra Yaxın Şərqdə vəziyyət kəskin pisləşib.

Tacxeber.com

Oxşar xəbərlər

İki Rusiya Su-30 qırıcısı Qara dəniz üzərində vurulub

redaktor

Rusiyanın dərinliklərindəki hədəflər VURULDU

redaktor

Daxili mətbəx: Respublikaçı partiyasında yeni intriqalar – Kamran Cəfərli

admin