Cəmiyyət

Ev kirayələmək üçün beh verdi, həm evdən, həm də pulundan oldu – VİDEO

Ev kirayələmək üçün əvvəlcədən beh göndərdi, daha sonra  həm evdən, həm də pulundan məhrum olub. Yevlax rayon sakini Məleykə Süleymanova iddia edir ki, elan saytlarının birində kirayə ev üçün qeyd olunan nömrə ilə əlaqə saxlayıb.

Tacxeber.com xəbər verir ki, o, evin başqa şəxsə satılmaması üçün əvvəlcədən elan sahibinə ödəniş də edib. Lakin Məleykə Süleymanova  ödənişi etdikdən sonra elan sahibi təfindən aldadıldığını deyir.

Zərərçəkən Məleykə Süleymanovanın sözlərinə görə, elan üçün qadınla əlaqə saxlasa da daha sonra nömrənin həmin şəxsə aid olmadığı məlum olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki,  bəzi işbazlar saytlarda daşınmaz əmlakların satışı və kirayəsi ilə bağlı elanlar yerləşdirilir və həmin elanlar nəticəsində müştərilər mənzilləri tapırlar. Lakin bu saytlarda yerləşdirilən elanların bəziləri həqiqəti əks etdirmir.

Nazirlik vətəndaşlara bu tip elanlarla qarşılaşdıqda diqqətli olmağı, qeyd olunan problemlərlə üzləşməmək üçün evə yerində baxmağı və ev sahibi ilə danışdıqdan sonra ödəniş etməyi tövsiyə edir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialda:

Tacxeber.com

Oxşar xəbərlər

“Siqaret çəkənlərin nəfəsindən külqabı qoxusu gəlir” – Samirə Bağırovadan SƏRT SÖZLƏR

redaktor

Generalın oğlu keçmiş xanımından aliment tələb edir – Azərbaycanda maraqlı olay

redaktor

Azərbaycanda tarixi əməliyyat: Tovuzlu 19 yaşlı gənci vəfat etmiş adamın ürəyi xilas etdi

redaktor