20 C
Bakı
20 Oktyabr 2026 05:37
Dünya

Metroda dünyaya gələn körpəyə hədiyyə – Ömür boyu pulsuz gediş

Brüssel metrosunda doğulan körpəyə ömürlük pulsuz gediş hədiyyə olundu

 

Belçikanın paytaxtı Brüsseldə ictimai nəqliyyat şirkəti (STIB) metro səfəri zamanı stansiyada dünyaya gələn körpəyə ömür boyu pulsuz gediş hədiyyə edib.

 

Tacxeber.com xəbər verir ki, bu yaxınlarda paytaxt Brüsselin Molenbek rayonundakı metronun Beekant stansiyasında hamilə qadın doğuş edib.

 

Brüsselin ictimai nəqliyyat şirkəti olan STİB mövzu ilə bağlı açıqlama verib. Açıqlamada körpənin STİB əməkdaşlarının köməkliyi ilə sağlam doğulduğu bildirilib.

 

Belə bir hadisənin ilk dəfə yaşandığı üçün şirkət körpəyə ömür boyu pulsuz gediş hədiyyə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Tehranın İslamabada sərhəd mesajı

redaktor

Sanksiya, yoxsa siyasi tamaşa?

redaktor

Nardarandan Berlinə: İran bayrağı nəyi ifadə edir?

redaktor