21 C
Bakı
12 Avqust 2025 02:29
Cəmiyyət

“Temu” işlədənlərin nəzərinə! – Məlumatlarınız oğurlana bilər

87 milyon “Temu” müştərisinin şəxsi məlumatlarının hakerlər tərəfindən ələ keçirildiyi iddia olunur.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “TechRadar” portalı məlumat yayıb.

 

Hakerlər sübut kimi istifadəçi adları, şəxsiyyət vəsiqələri, IP ünvanları, adlar, doğum tarixləri, cins, çatdırılma ünvanları, telefon nömrələri, parollar və s. daxil olmaqla məlumat nümunələrini açıqlayıblar.

 

Çinin onlayn ticarət platforması olan “Temu” isə yayılan məlumatları təkzib edir:

 

 “Təhlükəsizlik qrupumuz iddia edilən məlumat sızması ilə bağlı hərtərəfli araşdırma aparıb və iddiaların tamamilə yalan olduğunu təsdiqləyib. Dövriyyədə olan məlumatlar bizim sistemlərdən qaynaqlanmayıb və heç bir məlumat cərgəsi əməliyyat qeydlərimizə uyğun gəlmir. Biz reputasiyamızı ləkələmək və ya istifadəçilərimizə zərər vermək cəhdini qanuni tədbirlərlə cavablayacağıq”.

 

Qeyd edək ki, kibertəhlükəsizlik ekspertləri yayılan xəbərlərlə bağlı istifadəçilərə şəxsi bank kartları məlumatlarını tətbiqdə açıq qoymamağı məsləhət görür.(Qafqazinfo)

 

Oxşar xəbərlər

Azərbaycan siyasətində bu il nə baş verdi ? – Fərhad Məmmədovla müzakirə.

admin

Əziz Orucov: “Bakıda minlərlə qanunsuz tikili var, buna görə kimisə tutublar?”

admin

Flora Kərimovadan Qənirə Ataşovaya DƏSTƏK: “Nə qədər insanı eybəcərlikdən qurtardınız…”

redaktor