Hadisə

Bakıda ev sahibi ilə kirayənişin arasında dava düşdü, qadınlar xəsarət aldılar

 

Bakının Sabunçu rayonunda iki qadın arasında dava düşüb.

 

Tacxeber.comAPA-ya istinadən xəbər verir ki, hadisə Əkrəm Cəfərov, 92 ünvanında qeydə alınıb.

 

Belə ki, ev sahibi 1971-ci il təvəllüdlü Familə Lətif qızı Yaqubova onun evində kirayədə yaşayan 1976-ci il təvəllüdlü Adilə Aslan qızı Aslanova ilə mübahisə edib. Daha sonra bu mübahisə davaya çevrilib.

 

Dava zamanı hər iki tərəf ağır xəsarət alıb. Onlar Sabunçu Tibb Mərkəzinə yerləşdiriliblər.

 

Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşları faktı araşdırırlar.

Tacxeber.com

Oxşar xəbərlər

Erməniləri daşıyan təyyarə Bakı hava limanına enib

redaktor

Nəcməddin Sadıkovun “Tərtər işi” üzrə məhkəmədə dindirilməsi istənildi

redaktor

Hərbi qulluqçumuz intihar etdi

redaktor