11 C
Bakı
25 Mart 2026 17:15
CəmiyyətGündəmHadisəŞikayət

90 gündən artıqdır ki, alimimiz aclıq edir. Rəsmilər niyə susur ?

90 gündür həbsinə etiraz olaraq aclıq aksiyası edən alim Fazil Qasımov hər an həyatını itirə bilər. Bunu hüquq müdafiəçisi Rüfət Səfərov deyir və əlavə edir ki, Qasımovun çəkisi 35 kq-a düşüb. Fazil Qasımov səhhəti pisləşəndən sonra Penitensiar Xidmətin müalicə müəssisəsinə köçürülüb və məcburi qidalandırılacağı halda həyatına son verəcəyini bildirir.

 

“Əgər məcburi qidalandırmaya dair qərar verilsə, canıma qəsd edib, həyatla birdəfəlik vidalaşacam, ölümümü tezləşdirəcəm. Mən ciddiyəm. Ümid edirəm ki, bunu rəsmi dairələr nəzərə alar…”.

 

Yaxınları deyirlər ki, o, məhkəmələrinə və görüşlərinə əlil arabasında gətirilir, bəzən isə ümumiyyətlə gələ bilmir.

Tacxeber.com

Oxşar xəbərlər

Keçmiş nazir müavininin kürəkəni İngiltərədə özünə yaxta şirkəti açıb.

admin

Xanımını telefonuna baxdığına görə döydü, həbs edildi

redaktor

Yaralı Sinvarın ölümündən saniyələr öncə PUA ilə çəkilmiş Şok videosu

admin