CəmiyyətHadisə

Bu gün də Masazırda işıq olmayacaq

Bu gün Abşeron rayonunun Masazır qəsəbəsinin bəzi ərazilərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “Azərişıq” ASC-dən məlumat verib.

 

Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Masazır qəsəbəsinin bir sıra hissəsində 110/35/10 kV-luq “Masazır” yarımstansiyasında həyata keçirilən iməclik və yenidənqurma işləri ilə əlaqədar sentyabrın 17-də elektrik xətləri sifarişə əsasən açılacaq.

 

Bununla əlaqədar olaraq saat 08:00-dan saat 17:00-dək 35 kV-luq kabel hava xəttinin keçdiyi bəzi ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan silahlı qüvvələrinə məxsus kvadrokopter ələ keçirildi

redaktor

“Azarkeşlərə səslənirəm, bizi tək buraxmasınlar” – Elmar Baxşıyev

admin

“Trendyol” və “Temu”dan alış-veriş edənlərə XƏBƏRDARLIQ

redaktor