10 C
Bakı
27 Mart 2026 13:49
Dünya

Azərbaycanda su BAHALAŞACAQ? – Rəsmi cavab

“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC içməli suyun tariflərinin artırılması ilə bağlı Tarif Şurasına müraciət etməyib.

 

Tacxeber.com bildirir ki, bu barədə Minval.az-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nümayəndəsi Dilqəm Şərifov məlumat verib.

 

Onun sözlərinə görə, istehlak olunan suyun qiymətində dəyişikliklə bağlı söhbətlər əsassız şayiələrdən doğur.

 

Qeyd edək ki, sosial şəbəkələrin Azərbaycan seqmentinin istifadəçiləri ölkədə iqlim dəyişikliyi ilə bağlı gözlənilən şirin su qıtlığıyla əlaqədar bağlı xəbərlər fonunda suyun qiymətinin artırılması imkanlarını qızğın müzakirə edirlər.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna oteli vurdu: 200 rus hərbçi məhv edildi

admin

Tramp yaxın günlərdə Zelenski ilə GÖRÜŞƏCƏK – VİDEO

redaktor

Yunanıstan hava məkanını Belarus təyyarələri üçün bağlayıb

redaktor