24 C
Bakı
22 İyun 2025 12:57
CəmiyyətGündəmHadisəİqtisadiyyat

Fəzail Ağamalının deputat qızı bağçasını satır – QİYMƏT

Sabiq deputat Fəzail Ağamalının qızı Günay Ağamalıya məxsus olan “Buta” bağçası satılır.

 

Tacxeber.com unikal-a istinadla bildirir ki, şirkət hazır biznes olaraq satılır.

 

Belə ki, MMC və lisenziyanın qiyməti 120 min manatdır. Əşyalar isə əlavə 15 min manata təklif olunur.

 

Şirkətdən verilən açıqlamada bildirilib ki, bağçanın öz binası olmayıb:

“Biz bağçanın binasını icarə əsasında işlədirdik. Təzəlikcə özümüz üçün paytaxtın Həsən Əliyev küçəsində yeni bina tikirdik. Oranı bağça üçün nəzərdə tutmuşduq. Zirzəmi və 1-ci mərtəbəsi tikilib. Tikili yarımçıq olsa da, bütün sənədləri hazırdır. 4,5 sotun içərisindədir. Qeyri-yaşayış sahəsi kimi orada istənilən bir obyekti yaratmaq mümkündür. Onun qiyməti isə 1 milyon 500 min manatdır”.

 

Qeyd edək ki, Günay Ağamalı 1 sentyabr 2024-cü il tarixində keçirilən parlament seçkilərində 65 Saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsindən deputat seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban ətindən kabab bişirmək olmaz? – İlahiyyatçı

redaktor

Dərs oxuyarkən saqqız çeynəyin – BİLİNMƏYƏN FAYDASI

redaktor

Su 21 manat, çörək 7 manat… – Məşhur istirahət mərkəzində şok qiymətlər – FOTO

redaktor