16 C
Bakı
27 Sentyabr 2025 22:34
İdman

Ukraynalı məşqçi Azərbaycanda işləməkdən imtina etdi

Azərbaycanın “Keşlə” (indiki “Şamaxı”) klubunun sabiq baş məşqçisi Yuri Maksimov Premyer Liqamıza qayıtmaqdan imtina edib.

 

Tacxeber.com “Sport Arena”ya istinadən xəbər verir ki, ukraynalı mütəxəssisə Azərbaycanın iki klubundan təklif gəlib.

 

Bundan başqa, Ukrayna mətbuatının iddiasına görə, mütəxəssisə Azərbaycan milli komandasının baş məşqçisi postuna namizədlər siyahısında “şort-list”də də yer alıb.  Lakin Maksimov Ukraynanı tərk etmək istəmədiyi və yerli klublardan təklif gözlədiyi üçün bütün təklifləri rədd edib.

 

Qeyd edək ki, Ukrayna millisinin sabiq futbolçusu 2017/2018 mövsümündə “Keşlə”nin baş məşqçisi kimi Azərbaycan kubokunun sahibi olub. 55 yaşlı mütəxəssis son olaraq Ukrayna Premyer Liqasında yarışan “Dnipro-1” klubunu çalışdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qarabağ”, “Fənərbaxça” və “Beşiktaş”ın oyunları hansı kanallarda yayımlanacaq ?

admin

Argentinada hakimi döyən futbolçu intihar edib

redaktor

Bizim üçün çox vacib oyundur – Qurban Qurbanov

admin