29 C
Bakı
11 Avqust 2025 12:50
Cəmiyyət

Müəllimlərin yerdəyişməsi prosesi “biznes”ə çevrilir? – RƏSMİ CAVAB

Dünən sosial şəbəkələrdə bəzi şəxslərin müəllimlərin yerdəyişməsi prosesini “biznes”ə çevirməsi, yerdəyişmə üçün “hörmət” edəcəyini bildirməsi ilə bağlı paylaşım edilmişdi.

 

Tacxeber.com xəbər verir ki, mövzu ilə bağlı modern.az Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi (MÜTDA) ilə əlaqə saxlayıb.

 

Qurumdan bildirilib ki, dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi Elm və Təhsil Nazirliyi tərəfindən, mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilir:

 

“Prosesdə iştirak etmək istəyən müəllimlər miq.edu.az/qy/ saytına daxil olaraq qeydiyyatdan keçməlidirlər. Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi prosesində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında ən az 1 tədris ili müəllim olaraq çalışan və həmin iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan, müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsi olan şəxslər iştirak edə bilərlər. Proses üzrə minimum keçid balı 30 bal olaraq müəyyənləşdirilmişdir. Müəllim bir tədris ili ərzində bir dəfə qarşılıqlı yerdəyişmə etmək hüququna malikdir”.

 

Sonda qeyd edilib ki, mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirilən proses tam ödənişsizdir

Tacxeber.com

Oxşar xəbərlər

ATU-ya yarım milyonluq avadanlıq satan sirli şirkət

admin

Sərhədi pozan əcnəbi saxlanıldı

redaktor

Siyavuş Novruzov: Ödənişli yollarda özbaşınalıq edənlərə 15 gün küçə süpürtmək lazımdır

admin