24 C
Bakı
23 İyun 2025 12:48
DünyaSiyasət

İvanişvili biabırçılıq etdi, üzr istəməlidir.

Gürcü Arzusunun lideri Bidzina İvanişvilinin Gürcüstanın 2008-ci ilin avqust müharibəsinə görə Sxinvalidən üzr istəməsi barədə bəyanatı biabırçılıqdır.

 

Bu barədə Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının yaydığı bəyanatda qeyd olunub.

“Bu bəyanatla Gürcü Arzusu yalnız Rusiyanın maraqlarına xidmət edir, işğal olunmuş ərazilərin tanınmaması siyasətinə və Gürcüstanın milli maraqlarına zərbə vurur”, – bəyanatda bildirilib.

 

Partiya buna görə İvanişvilidən üzr tələb edib:

“O və Gürcü Arzusu bu xain bəyanata və 12 ildə insanların yoxsullaşmasına, ölkənin boşalmasına, doğum səviyyəsinin tarixi minimuma enməsinə, Gürcüstanın beynəlxalq təcrid vəziyyətinə düşməsinə görə gürcü xalqından üzr istəməlidir”.

Tacxeber.com

Oxşar xəbərlər

Deputat: “Təhsildə bu qədər pillə olarmı?”

redaktor

Afrika ölkəsi Almaniyanı fillərlə hədələdi

redaktor

Zelenski Quterreşdən “incidi”: Onu Ukraynada görmək istəmir

redaktor