Cəmiyyətİdman

Bu gün “Zirə” “Neftçi”yə, “Sabah” “Turan Tovuz”a qarşı

Azərbaycan Premyer Liqasında VI tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.

 

Tacxeber.com xəbər verir ki, günün ilk matçında “Zirə” “Neftçi”ni qəbul edəcək.

Zirə İdman Kompleksinin stadionunda keçiriləcək görüş saat 18:00-da başlayacaq.

 

Turun son qarşılaşması Bank Respublika Arenada baş tutacaq.

“Turan Tovuz” səfərdə “Sabah”la üz-üzə gələcək.

 

Azərbaycan Premyer Liqası

VI tur

15 sentyabr

18:00. “Zirə” – “Neftçi”

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.

 

20:30. “Sabah” – “Turan Tovuz”

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.

Bank Respublika Arena.

 

Xatırladaq ki, Turun digər görüşlərində “Araz-Naxçıvan” “Kəpəz”i, “Şamaxı” “Sumqayıt”ı minimal hesabla üstələyib. “Qarabağ” isə “Səbail” üzərində 2:1 hesablı qələbə qazanıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycan demoqrafik quyuya düşür: doğuşlar azalır, oğlan-qız nisbəti pozulur”

redaktor

Böyrəyini satmaq istəyənə cərimə: Bəs onun dərdinə kim çarə tapacaq?

redaktor

Superseriya-1972

admin