Dünya

Rus təyyarələri yaxınlaşdı, alman qırıcılar havaya qaldırıldı

 

Baltik dənizi zonasında NATO-nun hava patrulu missiyasında iştirak edən Almaniyanın “Tayfun” (Eurofighter) qırıcıları Rusiya qırıcılarına görə havaya qaldırılıb.

 

Tacxeber.comAxar.az-a istinadən xəbər verir ki, bu barədə Almaniya Hərbi Hava Qüvvələrinin məlumatında deyilir.

 

“Bu gün Rusiya təyyarələrinin uçuş planı və transponder siqnalı olmadan uçması səbəbindən Laage aviabazasından və Latviyanın Lielvarde aerodromundan çevik reaksiya qüvvələrimizə xəbərdarlıq edilib”, – məlumatda qeyd edilir.

 

Bildirilib ki, alman qırıcılar Baltik səmasında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus Tu-142 və Su-30 təyyarələrini müşayiət edib.

 

Qeyd edək ki, bundan əvvəl Rusiya Müdafiə Nazirliyi hərbi aviasiyasının bütün uçuşlarının hava məkanından istifadə ilə bağlı beynəlxalq qaydalara uyğun olaraq həyata keçirildiyini açıqlamışdı.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan-Türkiyə sərhədi martın 1-də açılacaq

admin

Ruslar bu istiqamətdə 111 hərbçi itirdi – Ukrayna SQ

redaktor

Putin: Mən Trampla müharibəni ədalətli şəkildə bitirməyi müzakirə etmişəm

redaktor