11 C
Bakı
30 Mart 2026 00:56
Sağlamlıq

Koronavirus şəklini dəyişib tanınmaz oldu: COVID-19 yeni “sürprizini” hazırlayır

“Pandemiya başlayandan bəri koronavirusun antigen portreti çox dəyişib”.

 

Tacxeber.com Oxu.az-a istinadla verdiyi məlumata görə, bu barədə Rusiyanın Fundamental və Translasiya Tibbi Federal Tədqiqat Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar Laboratoriyasının rəhbəri, virusologiya professoru Aleksandr Çepurnov bildirib.

 

“Əgər əhalinin əsas kütləsinin keçirdiyi xəstəliyi (ilkin variant, delta, omikronun ilk variantları) nəzərə alsaq, son iki ildən bir az artıq müddətdə o qədər mutasiya baş verib ki, virusun antigen portreti əvvəlkindən xeyli fərqlənir. Yeni variantlar, həmçinin bundan əvvəl vaksinasiya və ya xəstəliyi keçirməklə əldə edilmiş immunitetdən qaçma qabiliyyətinə malikdir”, – deyə virusoloq bildirib.

 

Onun sözlərinə görə, bu müddət ərzində baş verən əsas dəyişiklik koronavirusun daha az patogen istiqamətdə dəyişməsidir.

 

“Yəqin ki, biz qripəbənzər vəziyyətə doğru irəliləyəcəyik və ya vaksinlərin yeni variantlarını sürətlə hazırlamağı öyrənəcəyik”, – deyə professor sözlərini yekunlaşdırıb.

Tacxeber.com

Oxşar xəbərlər

Gecə rahat yatmaq üçün nə etməlisiniz?

redaktor

Yararsız öskürək siropu 300-dən çox uşağın ölümünə səbəb olub – ÜST

redaktor

Yaponiyada Daun sindromunun qarşısını almaq üsulları öyrənilir

redaktor