16 C
Bakı
26 Sentyabr 2025 23:19
Cəmiyyət

Bu cihazı barmağınıza taxıb xəstəliyinizi biləcəksiniz

Alimlər tərlə aktivləşdirilən yeni barmaq sarğısı ilə insanın səhhətinin monitorinqini asanlaşdıracaq texnologiya hazırlayıblar.

 

Tacxeber.com xəbər verir ki, bu elektron sarğı sadəcə sarğı kimi barmağa taxıla bilər və tər analizindən əldə edilən məlumatlarla qan şəkərinin, vitaminlərin, dərmanların və digər maddələrin səviyyəsini ölçə bilir.

 

Tədqiqatçılar cihazın analiz zamanı istifadə etdiyi enerjini eyni tərdən əldə etdiyini bildiriblər.

 

Cihaz tərdəki kimyəvi maddələri elektrik enerjisinə çevirən bioyanacaq hüceyrələrindən istifadə edərək sensorlar vasitəsilə qlükoza, C vitamini və Parkinson xəstəliyinə qarşı dərman levodopa kimi biomarkerləri izləyə bilir.

 

Toplanmış məlumatlar Bluetooth vasitəsilə smartfona və ya kompüterə ötürülür.

Tacxeber.com

Oxşar xəbərlər

Rusiya klubunun nümayəndəsi Murad Musayev üçün Azərbaycana gəldi.

admin

Şəkər xəstələri darçından necə istifadə etməlidir? – 3 RESEPT

redaktor

Bakı ermənisindən azərbaycanlı dostu ilə bağlı etiraf – Video

redaktor