23 C
Bakı
18 Sentyabr 2026 08:22
CəmiyyətGündəmHadisəTəhsil

Bit-birə basdığı deyilən məktəb dezinfeksiya olunub – Foto

Sumqayıt şəhəri 14 nömrəli orta məktəbdə sinif otaqlarını bit-birə basması ilə bağlı iddialar yayılmışdı.

 

Məsələ ilə bağlı Abşeron-Xızı Regional Təhsil İdarəsi açıqlama yayıb.

 

Bildirilib ki, sözügedən məktəbdə mövcud vəziyyət ilə əlaqədar sanitar nəzarəti gücləndirmək məqsədilə məktəb rəhbərliyinə müvafiq tapşırıqlar verilib, eyni zamanda sanitariya nəzarəti qurumlarına yenidən müraciət olunaraq dünən və bu gün ərzində təhsil müəssisəsində növbəti dəfə dezinfeksiya və dərmanlama işləri aparılıb.

 

 

“Dezinfeksiya ilə əlaqədar olaraq məktəbin ibtidai siniflərin tədrisi üçün nəzərdə tutulan korpusu müvəqqəti olaraq əsas binaya köçürülmüşdür. Aidiyyəti sanitariya nəzarəti qurumu tərəfindən tədris müəssisəsinin dezinfeksiya işləri tamamlandıqdan sonra kiçik tədris korpusunun yeni tədris ilinə tam hazırlıqlı vəziyyətdə olması ilə bağlı sənəd təqdim olunacaqdır”, – qurumdan bildirilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ayətullah Xomeyni qarşısında çadrasını çıxarmağa cəsarət edən jurnalist qadın

redaktor

Allahın ümidinə buraxılmış sərnişinlər: metro təmiri niyə vətəndaş üçün cəzaya çevrilməlidir?

redaktor

Kozinoğlunun Elçibəylə görüntüsü yayıldı – Kələki detalı

admin