27 C
Bakı
10 Avqust 2025 02:39
Dünya

Tramp Harrislə növbəti debatdan imtina etdi

 

ABŞ-ın keçmiş prezidenti Donald Tramp bildirib ki, o, Demokratlar Partiyasının namizədi Kamala Harrislə növbəti seçki debatına qatılmaq fikrində deyil.

 

Tacxeber.com xəbər verir ki, o, “Truth Social” hesabında yazıb:

 

“Bir boksçu döyüşdə uduzanda ilk dediyi sözlər bu olur: “Mən cavab görüşü istəyirəm. Sorğular açıq şəkildə göstərir ki, mən Çərşənbə axşamı gecə sol təmayüllü demokratik namizəd Kamala Harrisə qarşı debatda qalib gəldim və o, dərhal debatların ikinci turunu tələb etdi. Kəmalə son dörd ildə nə etməli olduğuna diqqət yetirməlidir. Üçüncü debat olmayacaq”.

 

Tramp əlavə edib ki, Harris və ABŞ prezidenti Co Bayden ölkəni məhv edib, orta sinfi məhv ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Şad Xəbər! Sabahdan Azərbaycanda internet ucuzlaşır – Yeni tariflər

redaktor

Yelena Zelenskaya: “Yalnız mən bunları edirəm”

redaktor

Rusiyada neft bazası PUA hücumuna məruz qalıb

redaktor