19 C
Bakı
26 Sentyabr 2025 21:18
Dünya

Putinin səfir təyin etdiyi azərbaycanlı jurnalist kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanəsilli rusiyalı teleaparıcı İradə Zeynalovanı səfir təyin edib.

Tacxeber.com İ.Zeynalovanın dosyesini təqdim edir:

İradə Aftandil qızı Zeynalova 1972-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində anadan olub. Atası Aftandil Isabalı oğlu azərbaycanlı, anası Galina Alekseevna isə rusdur.

Moskvanın 61 nömrəli məktəbində orta təhsilini başa vurub. 1995-ci ildə MATI (K.E. Tsiolkovski adına Rusiya Dövlət Texnoloji Universitetini) bitirib. Universiteti bitirdikdən sonra ABŞ-da təcrübə keçib.

1997-ci ildən başlayaraq Rusiyanın müxtəlif televiziya kanallarında işləyib. Əvvəlcə Vesti (RTR) proqramında redaktor vəzifəsində, həmçinin İngilis dilindən tərcüməçi kimi çalışıb, 2000-2003 cü illərdə “Vesti” və “Vesti Nedeli” proqramlarının müxbiri olub.

2016-cı ildə teleaparıcı Rusiyanın Birinci Kanaldan NTV kanalına keçib. 4 dekabr 2016-cı ildən etibarən bu kanalda “İradə Zeynalova ilə həftənin nəticələri” xəbər və analitik proqramının aparıcısı olub.

21 iyul 2017-ci il tarixindən etibarən Yegor Kolyvanov və Sergey Malozyomovla birlikdə “Vladimir Putinlə ciddi söhbət” verilişinin moderatorudur.

İradə Zeynalova 2006-cı ildə II dərəcəli “Vətənə xidmətə görə”, 2014-cü ildə isə I dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Ailəlidir, bir övladı var.

Tacxeber.com

Oxşar xəbərlər

Pezeşkian İsrailə hücumdan xəbərsiz olub?

redaktor

Sürətlə yayılan virusa görə bir ştatda karantin elan edildi

redaktor

Kiyev əhalisi gecəni metroda keçirdi – Kütləvi hava hücumu

redaktor