22.5 C
Bakı
28 İyun 2026 14:45
Hadisə

Kərim Elman Rüstəmovun şadlıq sarayında döyülüb – VİDEO

 

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov iştirak etdiyi məclislərin birində döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

 

Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi və toyu tez bitirdiyi üçün baş verib.

 

 Yenisabah.az hadisənin hansı şadlıq evində baş verdiyini öyrənə bilib.

 

Belə ki, insident paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küç., 2534 ünvanında yerləşən “Platin” Şadlıq sarayında baş verib.

 

Sözügedən şadlıq sarayının Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmova məxsus olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

“O, bu statusu yazmaqla hakimiyyətə “pas” ötürürdü və hakimiyyət də “pas”ı qəbul etdi”

admin

Yapon alimi “türk casusu” kimi Ermənistandan qovdular: “Qarabağ Azərbaycanındır deyəndə məni hədələdilər”

redaktor

Natiq Cəfərli sən quru sərhədlərin bağlı qalması ilə bağlı haqlı İRAD

admin