25 C
Bakı
01 Sentyabr 2026 20:25
Hadisə

Kərim Elman Rüstəmovun şadlıq sarayında döyülüb – VİDEO

 

Xəbər verdiyimiz kimi, müğənni Kərim Abbasov iştirak etdiyi məclislərin birində döyülüb. Hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib. Toyda qeydə alınan insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

 

Yayılan məlumata görə, müğənninin döyülməsi hadisəsi Kərim Abbasovun mahnıları fonoqram ifa etdiyi və toyu tez bitirdiyi üçün baş verib.

 

 Yenisabah.az hadisənin hansı şadlıq evində baş verdiyini öyrənə bilib.

 

Belə ki, insident paytaxtın Nizami rayonu, Məhsəti Gəncəvi küç., 2534 ünvanında yerləşən “Platin” Şadlıq sarayında baş verib.

 

Sözügedən şadlıq sarayının Mərkəzi Bankın sabiq rəhbəri Elman Rüstəmova məxsus olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanlılar Almaniyada səhv adamı qaçırdılar və buna görə məhkəmə qarşısına cıxarıldılar

admin

Zəfər bayramında böyük faciə: başınız sağ olsun, Türkiyə!

redaktor

Vəfat edən Norveç kralı Harald 9 il inad etmişdi və atasını heç vaxt evlənməyib nəsli dayandırmaqla təhdid etmişdi

admin