25 C
Bakı
10 Avqust 2025 23:29
Dünya

Prezidentliyə namizədlərin debatında Kamala qalib gəldi

 

Amerikada keçirilən bəzi ictimai rəy sorğularının ilkin nəticələrinə əsasən, ABŞ prezidentliyinə namizədlərin debatında demokrat Kamala Harris respublikaçı rəqibi Donald Trampa qalib gəlib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Telekanalın məlumatına görə, ictimai rəy sorğularının təhlili üzrə ixtisaslaşan FiveThirtyEight bildirib ki, debatı izləyənlərin 57 faizi Harrisin, 34 faizi isə Trampın çıxışını müsbət qiymətləndirib.

 

CNN/SSRS sorğusuna əsasən, respondentlərin 63 faizi Demokratlar Partiyasının namizədini, 37 faizi eks-prezidenti qalib hesab edib. YouGov kompaniyası Harrisə 54 faiz, Trampa isə 31 faiz dəstək olduğunu bildirib.

 

Beləliklə, ABC qeyd edir ki, orta hesablamalara görə, respondentlərin 54 faizinin fikrincə, debatın qalibi Harris olub, rəyi soruşulanların 34 faizi isə Trampı qalib hesab edib.

Tacxeber.com

Oxşar xəbərlər

Paşinyan saqqalını niyə qırxdı?..- Nəyə hazırlaşır?..

redaktor

Consondan Netanyahu barədə şok açıqlama – “Tualetimə cihaz qoydu”

redaktor

Baydenin gənc qıza məsləhəti gündəm oldu –

redaktor