11 C
Bakı
30 Mart 2026 05:44
Dünya

Paşinyan: Müharibədən sonra xeyli sayda silah-sursat yoxa çıxıb

 

Qarabağda 44 günlük müharibədən sonra ordunun arsenalından xeyli sayda silah-sursat müəmmalı şəkildə yoxa çıxıb.

 

Tacxeber.com xəbər verir ki, bunu hökumətin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

Onun sözlərinə görə, bu məsələ dəfələrlə Təhlükəsizlik Şurasının iclasında qaldırılıb.

 

Paşinyan əlavə edib ki, istifadə olunan üsul müasir çağırışlara cavab vermədiyi üçün ölkənin daxili işlər nazirinə həmin silahların tapılması metodikasını dəyişməklə bağlı göstəriş verib.

 

Baş prokuror Anna Vardapetyan isə rəhbərlik etdiyi qurumun müvafiq əməliyyat-istintaq tədbirləri gördüyünü açıqlayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Erməni general sərhəddə saxlanıldı – Erməni KİV

redaktor

Dubayda pasport yoxlaması saniyələrə endirilir – sərnişinlər sənədsiz keçəcək!

redaktor

Osmanlının buraxdığı tarixi səhv: Rusiyanın Qafqaza gəlişinin başlanğıcı

redaktor