CəmiyyətHadisəİdman

Azərbaycan milliləri Olimpiadaya qələbə ilə başladı

Bu gün Budapeştdə 45-ci Ümumdünya Şahmat Olimpiadasına start verilib.

 

Birinci turda kişi şahmatçılardan ibarət Azərbaycan yığması İordaniyanı məğlub edib 3,5-0,5. Aydın Süleymanlı, Nicat Abasov, Rauf Məmmədov qələbə qazanıb. Şəhriyar Məmmədyarov heç-heçə oynayıb.

Qadınlardan ibarət millimiz isə Nikaraqua komandasını üstələyib. Şahmatçılarımız açılış turunda maksimum nəticə ilə qələbə qazanıb. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova rəqiblərindən üstün olub.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistanda deputat avtoqəzada həyatını itirib.

admin

Deputat Siyavuş Novruzov iddia edib ki, Azərbaycanda 605 bələdiyyə var – Yalan deyir

admin

İki oğlunu şəhid vermişdi, əkiz övladları oldu – FOTO

redaktor