21 C
Bakı
21 İyun 2025 22:56
Dünya

Zelenskidən Şoltsun “sülh planı”na REAKSİYA: “Bizimlə bağlı heç bir planlar qurula bilməz” – VİDEO

“Mən Almanita kansleri Olaf Şoltsun “sülh planı” haqqında heç nə bilmirəm. Ukrayna tərəfinin iştirakı olmadan bizimlə bağlı heç bir planlar qurula bilməz. Hətta belə bir planın olduğuna belə əmin deyiləm”.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Kiyevdə “Krım Platforması”nın növbəti sammitinin yekunu ilə bağlı Latviya, Litva və Xorvatiya liderləri ilə birgə mətbuat konfransında bildirib.

“Mən qələbə planı ilə bağlı qətiyyətli olacağam. Əvvəlcə bunu ABŞ Prezidenti Cozef Baydenlə müzakirə edəcəyik. Bizim sülh, qələbə planımız əsasən ABŞ-nin, həm də digər tərəfdaşların dəstəyindən asılıdır. Çünki əvvəlcə Ukraynanı əsasən silah-sursat baxımından ciddi şəkildə gücləndirmək lazımdır. Hələlik dövlət başçısı bunu ABŞ Prezidenti Cozef Baydenlə müzakirə edirik” – Ukrayna lideri əlavə edib.

 

Zelenski bildirib ki, Rusiyanı müharibəni diplomatik yolla bitirməyə razı salmaq üçün Sülh Sammitinə qədər bu plan təqdim edilməlidir.

Qeyd edək ki, növbəti Sülh Sammiti cari ilin noyabr ayında Braziliyada keçiriləcək.


Tacxeber.com

Oxşar xəbərlər

Ukraynadan Rusiyaya daha 1160 tabut göndərildi

admin

BMT Baş katibi: “Gəlin, heç kimin satılıb-alınmadığı və istismar edilmədiyi bir dünya quraq”

redaktor

“Azərbaycanın yanındayıq, Makron da, İran da istəsə belə…” – Atilla Kaya

admin