DünyaSiyasət

Zaxarovadan Ərdoğana təpki: “Müzakirə edilə bilməz”

Rusiyanın tərkibində olan bütün subyektlər Ukrayna ilə bağlı danışıqların predmeti ola bilməz.

 

Tacxeber.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

 

“Rusiya bölgələri Rusiya Federasiyasının ərazisidir – Konstitusiyamızı oxuyun və bunlar heç bir danışıqların predmeti deyil”, – o, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Krımın Ukraynaya qaytarılmasının beynəlxalq hüququn tələbi olması ilə bağlı bəyanatını şərh edərkən bildirib.

 

Zaxarova qeyd edib ki, Rusiya Türkiyənin müxtəlif nümayəndələrindən belə bəyanatlar eşidir: hakimiyyətin ən yüksək eşelonlarından tutmuş ekspert icmasına qədər.

 

“Bütün bu illər ərzində biz öz mövqeyimizi rəsmi kanallar, o cümlədən açıq şəkildə Türkiyə tərəfinə çatdırırıq. Bundan xəbərdardırlar”, – diplomat vurğulayıb.

 

Rusiya Krımla (2014) yanaşı, Ukraynanın Donetsk, Luqansk, Zaporoje və Xerson vilayətlərini (2022) də ilhaq edib. Ukrayna və BMT Rusiyanın bu addımını tanımayıb. (Teleqraf)

Tacxeber.com

Oxşar xəbərlər

Anasının debet kartı ilə oyunlara 64 min dollar xərclədi

redaktor

Putin Trampdan qorxmadığını və onunla oynaya bildiyini açıq şəkildə nümayiş etdirir.

admin

Marko Rubio Vladimir Zelenskinin Krımla bağlı sözlərindən sonra Londona səfərini ləğv edib

redaktor