Dünya

Kamala Harris: Putin Trampı naharda yeyər

ABŞ prezidentliyinə namizədlər Kamala Harris və Donald Tramp  arasında  ABC News-daseçkiqabağı  canlı teledebat baş tutub. Debatda tərəflər bir-birnə qarşı ciddi ittihamlar səsləndiriblər.

Debatın ən maraqlı məqamlarından biri də Rusiya-Ukrayna müharibəsi ilə bağlı  tərəflərin mövqeyi zamanı baş verib.

Tacxeber.com xəbər verir ki,  Rusiya-Ukrayna müharibəsi haqqında danışan Tramp müharibə bitməsinin zəruriliyini və yalnızo, buna nail ola biləcəyini qeyd edib.
Onun sözlərinə görə, o, Vladimir Putin və Vladimir Zelenskini yaxşı tanıyır və ona hörmət edirlər.

“Onlar mənə hörmət edirlər və Baydenə hörmət etmirlər. Niyə də  ona hörmət etməlidirlər ki?” – Tramp qeyd edib.

Harris   isə cavabında Trampa seçkidə Baydenlə deyil, onunla mübarizə apardığını xatırladıb.
“Əgər Donald Tramp prezident olsaydı, Putin hazırda Kiyevdə oturub Polşadan başlayaraq Avropanın qalan hissəsinə baxardı”, – Harris deyib.

Harris daha sonra əlavə edib : “Putin sizi (yəni Trampı) naharda yeyəcək bir diktatordur”.

Tacxeber.com

Oxşar xəbərlər

Ukrayna kəşfiyyatı: “Rusiya yeni İran PUA-ları alıb”

redaktor

“Ukrayna böhranı Tramp-Putin görüşündə həllini tapacaq” – Natiq Cəfərli

admin

Trampın Putinə elə rəğbət bəsləyir ki, ….

admin