Siyasət

Tahir Kərimli: “Ürəyim bu dərdlərlə çox yüklənib…”

 

“Mən təbiətcə narahat adamam. Dövlətimizin, millətimizin, xalqımızın, ailəmin qarşısında duran çoxlu problemlərin həlli məni gözləyir. Buna görə də deputat mandatını təhvil verdikdən sonra necə deyim ki, vəzifələrim, məsuliyyətim bitib? Axı ürəyim bu dərdlərlə çox yüklənib. Çalışacağam ki, ömrümün sonuna kimi bu vəzifələri yerinə yetirim, xalqıma xidmət edim”.

 

Tacxeber.com xəbər verir ki, bu sözləri VI çağırış Milli Məclisin deputatı, Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.

 

“İstəyirəm ki, hətta öləndən sonra belə əməllərim xalqıma, dövlətimə xidmətdə olsun.  Xalqım məni sevərsə, xoşbəxtəm. Daha çox xoşbəxtəm, çünki sevgi gözləmədən xalqımı, dövlətimi özüm çox sevirəm. Vətənim üçün fəda olmağa həmişə hazıram…”

Tacxeber.com

Oxşar xəbərlər

Bakı İrəvanla bağlı Haaqa məhkəməsinə məktub göndərdi

redaktor

Zelenski əcnəbi döyüşçülərin Rusiyaya qarşı savaşda iştirakını rəsmiləşdirdi…

redaktor

Mehdiyevin adı yenidən “Tərtər işi”ndə

redaktor