Dünya

Zelenski ABŞ-dan GÖRÜN NƏ İSTƏDİ?

 

Zelenski Almaniyadakı ABŞ-ın Ramşteyn bazasında ABŞ-ın müdafiə naziri Lloyd Ostinin sədrliyi ilə keçirilən 24-cü Ukrayna Müdafiə Təmas Qrupu Toplantısında iştirak edib.

 

Tacxeber.comxəbər verir ki, iclasın açılışında çıxış edən Zelenski bildirib ki, Ukraynanın minimum miqdarda silaha malik olduğu məlumdur.

 

Əsgərlərin kifayət qədər silaha sahib olmasının və Ukraynaya verilməsi planlaşdırılan yardımın sürətlə çatdırılmasının vacibliyinə işarə edən Zelenski bildirib ki, elan edilmiş hər bir yardım paketi dərhal həyata keçirilməlidir. O, Donesk bölgəsindəki münaqişələrin bundan asılı olduğunu vurğulayıb. V.Zelenski həmçinin, Ukraynada özləri üçün daha çox silah istehsal etməyə hazır olduqlarını və bunun üçün pula ehtiyacları olduğunu bildirib.

 

Qeyd edək ki, ABŞ müdafiə naziri Ostin də ABŞ prezidenti Co Baydenin 250 milyon avroluq yardım paketini açıqlayacağını bildirib. Qeyd edib ki, Zelenski bu gün Frankfurtda Almaniya kansleri Olaf Şolz ilə də görüşəcək.

Tacxeber.com

Oxşar xəbərlər

Yasamalda ağaclar MƏHV EDİLİB – Təbiətə 117 min manat ziyan vurulub

redaktor

Polşa lideri Ərdoğana təşəkkür etdi

redaktor

Gözəl qadınları sevirəm – Kadırov

redaktor