32 C
Bakı
12 Avqust 2025 17:13
Cəmiyyət

Azərbaycanda MEYMUNÇİÇƏYİ həyəcanı – Nazirlikdə kritik toplantı

Prezident Administrasiyasının tapşırığına əsasən, Səhiyyə Nazirliyində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Gömrük Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), “Azərbaycan Hava Yolları” QSC və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının səlahiyyətli nümayəndələrinin iştirakı ilə görüş keçirilib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə  Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, görüşdə cari ilin noyabr ayında COP29 beynəlxalq tədbirinin ölkəmizdə keçirilməsi ilə əlaqədar aidiyyəti qurumların birgə koordinasiyalı fəaliyyətinin təşkili üçün hazırlanmış tədbirlər planı müzakirə olunub.

 

Hazırda bir çox ölkələrdə “Meymunçiçəyi” virusunun sürətlə yayılması hallarını nəzərə alaraq, respublika ərazisində profilaktik tədbirlərin həyata keçirilməsinin zəruriliyi vurğulanıb.

 

Yekunda rəy və təkliflər dinlənilərək görüləcək fəaliyyətlərə dair vahid yanaşma müəyyənləşdirilib.

Tacxeber.com

Oxşar xəbərlər

OBA Market avtomobillərin dayanması üçün ağacları kəsib.

admin

Araz Musayevi vuran iki özbəkəsilli şəxslər Rusiyaya qaçarkən saxlanıldılar.

admin

“Maşınımı yandırar, başqasına vermərəm“ – Nemət Pənahlı kimi hədələdi?

redaktor