Dünya

Putin Durovla keçmiş görüşündən danışıb

Durovun heç Bakıda olduğunu bilmirdim. Onunla Bakıda niyə görüşməliydim ki?!

 

APA-nın Rusiya bürosu xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Vladivostok iqtisadi forumunun plenar iclasında çıxışında bildirib.

 

Putin Durovla Bakıda görüşmədiyini söyləyib. Qeyd edib ki, Teleqram rəhbəri ilə uzun illər öncə Moskvada, Kremldə görüşüb:

 

” O vaxtdan bəri biz bir-birimizi görməmişik və əlaqə saxlamamışıq. Niyə onunla görüşməliyəm? Onun Bakıda olduğunu da bilmirdim. Əgər o, mənimlə görüşmək istəyirdisə, biz Moskvada görüşə bilərdik”, – deyə Rusiya prezidenti vurğulayıb.

 

Putin bildirib ki, Rusiya hakimiyyətinin Pavel Durova qarşı heç bir şikayəti yoxdur:

“Мən onun Moskvada yaşadığını düşünürdüm. Onun harasa köçdüyünü bilmirəm. Bunlar dünya adamlarıdır, milyarderlərdir, hər yerə səyahət edə bilərlər. Onunla bağlı heç bir şikayətimiz yox idi. Bilirəm ki, bir çox ölkələrdən şikayətlər olub. Düşünürəm ki, Rusiya hökumətinin də bununla bağlı bəzi sualları ola bilər, lakin bu tipli bütün platformalar Teleqrama bənzər şeylərlə “günah” edirlər”.

 

Putin Fransanın Durovu həbs etmək qərarını seçici və başa düşülməyən adlandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Nazirlər Kabineti Fələstini birtərəfli qaydada tanımaqdan imtina etdi

redaktor

Netanyahu: “İranın nüvə silahı əldə etməməsi üçün əlimdən gələni edəcəyəm”

admin

Cümşüdün batdığı kanal bu qurumun balansında olub – Rəsmi

redaktor