24 C
Bakı
14 Avqust 2025 01:14
Cəmiyyət

Məşhur klinikanın direktorunun ölkədən çıxışına qadağa QOYULDU

 

“Nigar Klinikası” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) direktorunun ölkədən çıxışına məhdudiyyət qoyulub.

 

Qaynarinfo-nun məlumatına görə, qanuni təmsilçisi Sərdar Ağamir oğlu Seyidov olan, Çobanzadə küçəsi 24/05 ünvanında yerləşən “Nigar” klinikasının Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə 51236.77 manat vergi borcu var.

 

Artıq birinci instansiya məhkəməsi də vergi borcunun ödənilməsi barədə qərar verib. Sərdar Seyidov Bakı Apellyasiya Məhkəməsinə şikayət verib.

 

İşə hakim Səadət Səlimovanın sədrliyi ilə baxılacaq. Qeyd edək ki, klinikanın təsisçisi ixtisasca həkim olan iş adamı Şahbaz Şahbazovdur.

Tacxeber.com

Oxşar xəbərlər

Qızılcaya yoluxan şəxslə təmasda olanlar karantinə alınır? – RƏSMİ AÇIQLAMA

redaktor

Məmur özbaşnalığının qurbanı olan Abşeron – Xırdalanda universitetə gedən yolda acınacaqlı vəziyyət – Video

admin

“Biz Balaəlidən nə istəyirik, ağıllı, tərbiyəli olsun” – Ağamirzə

redaktor