16 C
Bakı
27 Sentyabr 2025 01:21
Siyasət

Vasif Talıbov və oğlunun yerinə onlar deputat seçildi – Foto

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Mərkəzi Seçki Komissiyası Ali Məclisə keçirilən seçkilərin ilkin nəticələrini ictimaiyyətə təqdim edib. 45 seçki dairəsi üzrə lider namizədlərin adları açıqlanıb.

 

Tacxeber.com “Unikal”a istinadla xəbər verir ki, Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun yerinə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov deputat seçilib.

 

Belə ki, Vasif Talıbovun deputat seçildiyi 7 saylı Aralıq seçki dairəsi indi 7 saylı Xanlıqlar seçki dairəsidir. Bu dairədə 63,09 faiz səslə Azad Novruzov lider namizəddir.

 

V.Talıbovun oğlu Seymur Talıbovun deputat olduğu 25 saylı Naxçıvan şəhər seçki dairəsindən isə budəfəki seçkilərdə Xumar Məmmədova deputat mandatı qazanıb. O, 55,40 faiz səslə qeyd edilən dairədə birincidir.

 

X.Məmmədova Naxçıvan Dövlət Universitetinin “Jurnalistika və xarici ölkələr ədəbiyyatı” kafedrasının dosenti, filologiya üzrə fəlsəfə doktorudur.

Tacxeber.com

Oxşar xəbərlər

Seyfəddin Hüseynli: Qardaşlarımın cəsədlərinin ekspertizası zamanı gördüklərim məni dəhşətə gətirdi

admin

Ermənistan ictimaiyyəti nə düşünür indi?

admin

Bu dairələrin nəticələri LƏĞV OLUNA BİLƏR – MSK

redaktor