12 C
Bakı
29 Mart 2026 04:19
Hadisə

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşdü

Masallı rayonundan Bakıya istirahətə gələn gənc kanalizasiya quyusuna düşərək xəsarət alıb.

 

Tacxeber.comBakuplus.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Azərbaycan prospekti 57 A ünvanında baş verib.

 

Zərərçəkənin sözlərinə görə, kanalizasiya quyusunun qapağı olsa da, qırıq olub. Daha sonra həmin qapağın üstündən keçərkən içinə düşüb. Nəticədə müxtəlif bədən xəsarətləri alıb:

 

“Bakıya gəzməyə gəlmişdim, dedim mərkəzə çıxım. Dostumla gedərkən, birdə sanki yer yarılıb, altına düşdüm. Mənim yerimdə qadın uşaq və ya qoca ola bilərdi. Qolum, ayağım, bel və qarın hissəm sıyrılıb”.

 

Qeyd edək ki, zərərçəkənə ilkin tibbi yardım göstərilib.

Tacxeber.com

Oxşar xəbərlər

Gözəllik kraliçası qızının bel çantasından 22 kiloqram narkotik çıxdı

admin

Xankəndidə partlayışın şok səbəbi: gizli anbar…

redaktor

Meşədə narkotik becərən şəxs saxlanıldı – FOTO

redaktor